Mərakeşli futbolçu dünya çempionatından kənarda qalacaq


İdman 05 Fev 2018 17:31:00 256 0

Mərakeşli futbolçu dünya çempionatından kənarda qalacaq

"Real Betis" və Mərakeş millisinin müdafiəçisi Zohair Fəddal mövsümün sonuna kimi sıradan çıxıb. Goal.az xəbər verri ki, onun 2018-ci il dünya çempionatında iştirak etməyəcəyi də dəqiqləşib. Fəzzal İspaniya Primerasının 22-ci turunda "Villarreal"a qarşı oyunun (2:1) 55-ci dəqiqəsində meydanı yarımçıq tərk etməli olmuşdu.

Mərakeşli müdafiəçi 2017-ci ilin yayında "Alaves"dən "Betis"ə keçmişdi. Bu mövsüm 28 yaşlı futbolçu La Liqada 15 oyuna çıxmışdı.