"Barcelona"nın müdafiəçisi zədələnib


İdman 05 Fev 2018 16:17:00 271 0

"Barcelona"nın müdafiəçisi zədələnib

"Barcelona"nın müdafiəçisi Jerar Pike "Espanyol"la oyunda (1:1) zədələnib. Goal.az "Sport"a istinadən xəbər verir ki, onun dizində ağrılar hiss etdiyi bildirilir. İlkin tibbi müayinə də Pikenin yüngül zədəsi olduğunu təsdiqləyib. Yaxın vaxtlarda 31 yaşlı futbolçu növbəti dəfə müayinə olunacaq və yekun qərar veriləcək. Pikenin 2 həftə oynamayacağı gözlənilir.