"Barcelona"nın tarixi rekordu, Umititiyə qarşı irqçilik və Pikenin açıqlamaları


İdman 05 Fev 2018 13:19:00 258 0

"Barcelona"nın tarixi rekordu, Umititiyə qarşı irqçilik və Pikenin açıqlamaları

İspaniya La Liqasının 22-ci turunda "Espanyol" və "Barcelona" arasında baş tutan katalon derbisində qalib müəyyənləşməyib - 1:1. Oyun başa çatandan sonra Serxio Qarsiya və Samuel Umititi arasında gərgin mübahisə yaranıb. "Barcelona"nın müdafiəçisi Pike tunneldə aranı sakitləşdirməyə nail olub. Goal.az xəbər verir ki, fransalı futbolçu Qarsiya tərəfindən rasizmə məruz qalmasına görə özündən çıxıb. "Espanyol"un futbolçusu daha sonra üzr istəyib və Umititi də sakitləşib.

Matçın baş hakimi Xesus Jil Manzano insidenti qeyd etsə də, mübahisənin xırdalıqlarını protokola yazmayıb. Derbidə gərginliyin artmasına əsas səbəb Pikenin son günlər verdiyi açıqlamalar və son oyunda bərabərlik qolundan sonra "Espanyol" azarkeşlərinə dönərək susmaq işarəsi göstərməsi olub. Yanvarın 25-də İspaniyas Kubokunun 1/4 finalında baş tutan oyundan sonra Pike "Espanyol"u Kornelya təmsilçisi adlandırmışdı. Kornelya Barselona şəhərinin ətrafında yerləşir. "Espanyol" ev oyunlarını 2009-cu ildən burda tikilən "Cornella-El Prat" stadionunda keçirir.

"Son həftə baş verənlərdən sonra qolu qeyd etmək xüsusi idi. Rəqibin bəzi azarkeşləri mənə və ailəmə uzun müddətdir təhqir ünvanlayır. Onlar bildirmək istədim ki, sakit olsunlar. Ola bilsin, bunu etməməli idim. "Espanyol"un yaxşı azarkeşlərini də tanıyıram. Bəlkə də, bu jestim müəyyən şeyləri gizlədən klub və onun sahiblərinə aid edilməlidir. Keçən dəfə dediyim ki, klub Kornelyanı təmsil edir. Başa düşürəm, bu sözüm onları narazı salıb. Amma "Espanyol"un Kornelyada oynadığını demək hörmətsizlik deyil, faktdır. Klub rəhbərliyi bundan şikayət edir, lakin ailəmə qarşı təhqirləri araşdırmır. Əsl hörmətsizlik budur" - Pike qarşılaşmadan sonra deyib.

Qeyd edək ki, "Barcelona" tarixində ilk dəfə İspaniya Primerasında ardıcıl 22 oyunda uduzmamaqla (18 qələbə, 4 bərabərlik) 8 il öncəki rekordunu yeniləyib. 2009/10 mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında katalonların uğurlu seriyası 21 oyun olmuşdu.