London klubunda təcavüz qalmaqalı


İdman 02 Fev 2018 18:16:00 274 0

London klubunda təcavüz qalmaqalı

İngiltərə futbolunda yetkinlik yaşına çatmayan futbolçulara cinsi təcavüz və irqçilik qalmaqalı bitmək bilmir. Goal.az xəbər verir ki, bu dəfə "Crystal Palace" futbol akademiyasının direktoru Qarri İssott diqqət mərkəzinə düşüb. Onunla bağlı keçmişdə klub rəhbərliyə çox şikayət gəlsə də, ötən həftə baş verənlər məsələnin ciddi araşdırılmasına təkan verib. London klubunun U-18 komandasının bəzi futbolçuları İssottun onlarla birlikdə duşa girməyə çalışdığını bildirib. 20 ildir "Crystal Palace"də çalışan, Viktor Mozes, Vilfrid Zaha, Nataniel Klayn kimi futbolçuların yetişməsində mühüm rol oynayan İssottun bu iddialara nə cavab verəcəyi maraqla gözlənilir.