Marselo Bielsa Fransa klubunu məhkəməyə verdi


İdman 02 Fev 2018 17:06:00 272 0

Marselo Bielsa Fransa klubunu məhkəməyə verdi

Argentinalı məşqçi Marselo Bielsa "Lille" klubunu məhkəməyə verib. Goal.az-ın məlumatına görə 62 yaşlı mütəxəsis Fransa klubundan 18.6 milyon avro təzminat tələb edir. Bielsa 2017-ci il mayın 24-də "Lille"in baş məşqçisi təyin olunmuşdu. Noyabrda rəhbərlik onun icazəsiz Çiliyə getməsini nəzərə alaraq müqaviləni birtərəfli qaydada pozmuşdu. Təcrübəli mütəxəsis, hətta əşyalarını götürmək üçün klubun bazasına da buraxılmamışdı. Bielsa və "Lille" arasında ilk məhkəmə prosesi fevralın 5-də baş tutacaq.