"West Ham United" prezidentinə irqçilik iddiası


İdman 01 Fev 2018 17:50:00 371 0

"West Ham United" prezidentinə irqçilik iddiası

"West Ham United" əməkdaşlarından birini müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Goal.az xəbər verir ki, o, klub prezidentinin afrikalı futbolçuların transferinə qarşı olduğunu açıqlamışdı.

"Hazırda afrikalı futbolçular transfer etmək istəmirik. Bunda heç bir rasizm yoxdur. Bəzən afrikalı futbolçuların intizamla bağlı problemləri olur. Onlar heyətə düşməyəndə səs-küy salmağa başlayır. Diafra Sako ilə oxşar problem yaranmışdı. O getdi, vəssalam. Şəxsi heç nə yoxdur. Bunu ayrı-seçkilik hesab etmirəm. Şeyx Kuyateyə baxın. O, yaxşı futbolçu və maraqlı insandır.

Həm də oxudum ki, bizə rus futbolçular da lazım deyilmiş. Onlar da italyanlar kimi, İngiltərəyə uyğunlaşa bilmirlər. İngiltədə uğur qazanan nə qədər italyan futbolçu var? Klubun bu fəaliyyətində diskriminasiya görmürəm" - "çəkicdöyənlər"in transfer məsələləri üzrə direktoru Toni Henri deyib.