"Qarabağ" zimbabveli futbolçunun transferi üçün vaxtı azalır


İdman 01 Fev 2018 15:54:00 266 0

"Qarabağ" zimbabveli futbolçunun transferi üçün vaxtı azalır

“Mamelodi Sundowns”un hücumçusu Xama Billiatın “Qarabağ”a transferi ətrafında qeyri-müəyyənlik davam edir. Goal.az.az xəbər verir ki,28 yaşlı forvardın hazırkı komandasında qalmaq şansı daha yüksəkdir. Klub rəsmisi Tulani Tusva Zimbabve millisinin üzvünü göndərməyə hazırlaşmadıqlarını söyləyib: “Billiat bizimlədir. Bu səhər də məşqə çıxıb. Onu hələ ki, heç yerə buraxmırıq”.

“Mamelodi Sundowns”un Billiatı saxlamaqla yanlış addım atdığını düşünürlər. Çünki komandası ilə yeni sazişə razılıq verməyən hücumçunun müqavilə müddəti yayda bitir və həmin vaxt o, azad agent statusuna malik olacaq. Billiatın meneceri isə futbolçunun Avropaya yollanmaq arzusunun hələ də qaldığını vurğulayıb. Azərbaycanda qış “transfer pəncərəsi” fevralın 9-da bağlanır.