"Galatasaray"ın futbolçusu Premyer Liqa klubunda


İdman 01 Fev 2018 09:47:00 263 0

"Galatasaray"ın futbolçusu Premyer Liqa klubunda

İngiltərənin "Stoke City" klubu öz rəsmi saytında "Galatasaray"dan (Türkiyə) yarımmüdafiəçi Papa Aliune N’Diayenin transfer olunduğunu elan edib.

Goal.az xəbər verir ki, ingilis komandası 27 yaşlı seneqallıya görə 16 milyon dollar ödəyib. Futbolçu ilə müqavilə 4 il müddətinə nəzərdə tutulub.

N’Diaye artıq yeni komandasında debüt edib. O, Premyer Liqanın 25-ci turunda "Watford"la oyunda meydana çıxıb.

Yarımmüdafiəçi Türkiyə Superliqasında keçirdiyi 17 oyuna 1 qol vurub, 4 məhsuldar ötürmə edib.