"Chelsea" "Roma"nın futbolçusunu transfer etdi


İdman 31 Yan 2018 10:57:00 270 0

"Chelsea" "Roma"nın futbolçusunu transfer etdi

İngiltərənin "Chelsea" klubu müdafiə xəttini gecləndirib.

Goal.az xəbər verir ki, London təmsilçisi "Roma"nın sol cinah müdafiəçisi Emerson Palmierini rənglərinə bağlayıb. Brazilyalı futbolçu ilə 4,5 illik müqavilə bağlanılıb. "Zadəganlar" 23 yaşlı futbolçunun keçidi üçün 24 milyon funt-sterlinqindən keçib.

Qeyd edək ki, Emerson 2015-ci ildə "Santos"dan 2 milyon avro qarşılığında transfer edilmişdi.