"Borussia"nın hücumçusu zədələndi


İdman 30 Yan 2018 15:00:00 222 0

"Borussia"nın hücumçusu zədələndi

"Borussia Dortmund"un hücumçusu Andrey Yarmolenko bir müddət komandasına kömək edə bilməyəcək. Goal.az xəbər verir ki, diz bağlarını zədələyən ukraynalı forvard bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

Yarmolenko bu mövsüm Bundesliqada 16 oyun keçirib. O, son turda "Freiburg"la matçın 67-ci dəqiqəsində Kristian Puluşiçi əvəzləmişdi.