Millimizin oyununu türk hakim idarə edəcək


İdman 30 Yan 2018 14:28:00 264 0

Millimizin oyununu türk hakim idarə edəcək

Azərbaycan və Moldova milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. Goal.az xəbər verir ki, qarşılaşma türkiyəli hakimlər briqadasına həvalə edilib. Görüşün baş hakimi Hüseyin Göçek olacaq. Ona Bahattin Duran və Tarık Onqun köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək. Türkiyənin Antalya şəhərindəki "Mardan” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.