Eddi İsrafilov klubunu dəyişdi


İdman 30 Yan 2018 11:27:00 309 0

Eddi İsrafilov klubunu dəyişdi

Futbol üzrə Azərbaycan yığmasının üzvü Eddi İsrafilov İspaniyada klubunu dəyişib.

Goal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bundan sonra “Alcorcon”un şərəfini qoruyacaq. Tərəflər müddəti 2020-ci ilin iyununda başa çatacaq müqaviləyə imza atıblar.

Eddi mövsümün ilk yarısını Sequnda Liqanın digər təmsilçisi “Gimnastik”də keçirib. Son dövrlər bu komandanın əsas heyət üzvlərindən birinə çevrilməkdə olan İsrafilovun “Alcorcon”a transferi məhz bu üzdən bir qədər gözlənilməz olub.

Onu da qeyd edək ki, “Alkorkon” İspaniyanın nüfuzuna görə görə ikinci ən güclü çempionatında elə “Gimnastik” kimi qeyri-sabit çıxışı ilə seçilir. Hazırda “Ximnastik” 24 tura 28 xal toplayıb və 22 iştirakçı arasında 17-ci pillədə qərarlaşıbsa, “Alcorcon” 29 xalla 16-cıdı.

İsrafilov karyerası ərzində daha öncə İspaniyanın “Murcia”, “Granada”, “Eibar”, “Cordoba” və “Cadis” klublarında da forma geyinib. O, Azərbaycan yığmasında 8 oyuna çıxıb.