Samuel Etonun Super Liqa klubuna keçidi alınmadı


İdman 29 Yan 2018 16:34:00 325 1

Samuel Etonun Super Liqa klubuna keçidi alınmadı

"Antalyaspor"dan ayrılan ulduz futbolçu Samuel Etonun "Konyaspor"a keçidi baş tutmayıb.

Goal.az xəbər verir ki, kamerunlu forvard Super Liqa təmsilçisi "Konyaspor"la anlaşıb. Tərəflər arasında tezliklə 1,5 illik saziş bağlanarkən yaranan problem nəticəsində müqavilə imzalanmayıb.

Qeyd edək ki, Eto "Antalyaspor"a 2015-ci ildə "Sampdoria"da keçmişdi. Kamerun millisinin sabiq üzvü "Real" Madrid, "Malyorka", "Barcelona", "İnter", "Anji", Chelsea", "Everton" kimi klublarda çıxış edib.