Pastore: "Dünya çempionatına getməmək karyerama ağır zərbə olardı"


İdman 28 Yan 2018 12:31:00 247 0

Pastore: "Dünya çempionatına getməmək karyerama ağır zərbə olardı"

PSG-nin argentinalı yarımmüdafiəçisi Xavyer Pastore klubunu dəyişmək ehtimalını istisna etmir. Goal.az xəbər verir ki, 28 yaşlı havbek 2018-ci il mundialında oynamaq arzusundadır.

"İndi vəziyyət mürəkkəb olduğundan nə edəcəyimi bilmirəm. Parisdə xoşbəxtəm, amma hələ qərar verməmişəm. Müntəzəm oyun praktikası qazanmaqla dünya çempionatına getmək istəyirəm. Parisdə qalaraq turnirə getməmək karyerama ağır zərbə olardı. Klubla birlikdə qərar qəbul etmək zəruridir. Dünya çempionatına yollanacaq heyətin üzvü olmalıyam. Son vaxtlar Argentina millisinə çağrılmıram. Yenidən dəvət almaq şansım müntəzəm oynamağa bağlıdır.

"İnter"lə adım çox hallanır. PSG-ni tərk etməli olsam ora gedərəm. Çünki A Seriyasını yaxşı tanıyıram və həyat yoldaşım italyandır. Qarşıdakı bir neçı gündə hər şeyi aydınlaşdırmağa çalışacağıq".