Totti: "Buffona zaman maşını hədiyyə edərdim"


İdman 26 Yan 2018 15:48:00 322 0

Totti: "Buffona zaman maşını hədiyyə edərdim"

"Roma"nın əfsanəvi kapitanı Françesko Totti yanvarln 28-də 40 illik yubileyini qeyd edəcək Canluci Buffonun fantastik karyeraya sahib olduğunu qeyd edib. Goal.az xəbər verir ki, Totti onun ad gününə etmək istədiyi hədiyyəni də açıqlayıb.

"Ağlıma birinci o gəlir ki, 40 yaşımızın tamam olması kədərlidir. dostun karyerasına baxmaq öz keçdiyin yola qayıtmaq kimi bir şeydir. Buffonun fantastik karyerası var. Ona uğurlar arzu edirəm. Ad gününə hədiyyə kimi zaman maşını verərdim. Bəlkə, keçmişə qayıdanda məni də aparar".

Buffon klub səviyyəsində 850 oyunda meydana çıxıb. Bunun 600-dən çoxu İtaliya A Seriyasının payına düşür.