"Kəpəz"in növbəti 2 transferi


İdman 26 Yan 2018 14:16:00 253 0

"Kəpəz"in növbəti 2 transferi

“Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib. Goal.az xəbər verir ki, Gəncə klubu braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb. Onlar müvafiq olaraq cari mövsümün sonunadək və bir illik sözləşmələrə imza atıblar.Frederiko əvvəlki iki mövsümdə də “Kəpəz”in heyətində çıxış edib.

Gəncə təmsilçisi qış fasiləsində Murad Səttarlı (“Zirə”), Roman Hüseynov ("Qəbələ", icarə), Samir Zərgərov ("Keşlə"), Tərzin Cahangirov ("Neftçi"), Sergey Litovçenko ("Dinamo", Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah") və Tural Nərimanovu heyətinə qatıb.