"Beşiktaş" Cenk Tosuna əvəzləyici tapdı


İdman 26 Yan 2018 13:05:00 251 0

"Beşiktaş" Cenk Tosuna əvəzləyici tapdı

Türkiyənin “Beşiktaş” klubu “Alanyaspor”un formasını geyinən Vaqner Lavı transfer edib.

Goal.az “Sabah”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı forvard üçün əvvəlki klubuna 3,2 milyon avro ödəyəcək. Braziliyalı hücumçu ilə 1,5 + 1 illik müqavilə bağlanılacaq. Onun illik maaşı isə 1 milyon 850 min avro təşkil edəcək.

Qeyd edək ki, Braziliyalı hücumçu ötən mövsüm vurduğu 23 qolla Türkiyə Super Liqasının bombardiri olub.