Əliyar Ağayev UEFA-nın ən yaxşı hakimlər üçün təşkil etdiyi kursa dəvət alıb


İdman 26 Yan 2018 10:20:00 245 0

Əliyar Ağayev UEFA-nın ən yaxşı hakimlər üçün təşkil etdiyi kursa dəvət alıb

Azərbaycanın FİFA referisi Əliyar Ağayev yanvarın 29-da Maltada ən yaxşı futbol hakimləri üçün start götürəcək kursa dəvət alıb.

Goal.az xəbər verir ki, UEFA-nın 26-cı dəfə təşkil edəcəyi kursda Avropanın aparıcı baş hakimləri və yeni FİFA referiləri iştirak edəcəklər. Üç gün davam edəcək təlimlərə elit, I və II kateqoriyalara daxil olan 56 kişi və 21 qadın referi qatılacaq.

Qeyd edək ki, Əliyar Ağayev kursa dəvət alanlar arasında II kateqoriyadan olan 7 baş hakimdən biridir.