Xuan Mata Ümumdünya İqtisadi Forumunda iştirak edəcək


İdman 25 Yan 2018 13:06:00 258 0

Xuan Mata Ümumdünya İqtisadi Forumunda iştirak edəcək

"Manchester United"in yarımmüdafiəçisi Xuan Mata Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunu ziyarət edəcək. 

Goal.az xəbər verir ki, ispan futbolçu forumun digər iştirakçıları ilə öz "Common Goal" adlı xeyriyyə layihəsini müzakirə edəcək.

Kampaniyaya görə, futbolçular öz əmək haqlarının 1 faizini bütün dünya üzrə futbol xeyriyyə təşkilatları və kasıb ailələrdən çıxan uşaqları dəstəkləyən kollektiv fonda köçürürlər. Hazırda layihəyə 18 ölkədən 36 futbol təmsilçisi cəlb olunub.

Forum yanvarın 23-də başlayıb və 26-da başa çatacaq.