Ronaldo: "O, Braziliya millisində 9 nömrəli formanı uzun illər daşıyacaq"


İdman 24 Yan 2018 13:28:00 276 0

Ronaldo: "O, Braziliya millisində 9 nömrəli formanı uzun illər daşıyacaq"

Braziliya futbolunun əfsanəsi Ronaldo "Manchester City"nin gənc hücumçusu Qabriel Jezuş barədə fikirlərini "Globo Esporte" ilə bölüşüb. Goal.az xəbər verir ki, "fenomen" həmyerlisinin inkişafından razı olduğunu bildirib.

"Onun işlərinin yaxşı getməsi məni sevindirir. Qabriel istedadlı, istəkli, dəqiq ötürmələr verən və rəqibin cərimə meydançasında bacarıqla mövqe seçə bilən futbolçudur. fikrimcə, Jezuş Braziliya millisində 9 nömrəli formanı uzun illər daşıyacaq. O, artıq Avropa futboluna uyğunlaşıb və inanılmaz oyun göstərir. Növbəti braziliyalının xaricdə özünü göstərməklə bayrağımızı yüksəyə qaldırmasını görmək məni sevindirir".