"Shakhtar"un yetirməsi I Divizion klubunda


İdman 23 Yan 2018 18:16:00 256 0

"Shakhtar"un yetirməsi I Divizion klubunda

I Divizion təmsilçisi “Sabah" klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.

Goal.az xəbər verir ki, "Shakhtar"un (Donetsk) yetirməsi, Xarkov "Metallist"inin U-19, U-21 komandalarında forma geyinən Vladlen Normaniya mövsümün sonuna kimi “Sabah”la müqavilə imzalayıb.

Qeyd edək ki, 18 yaşlı Azərbaycan əsilli Ukrayna vətəndaşı dayaq yarımmüdafiəçi mövqeyində çıxış edir.