Şimali İrlandiyanın məşqçisi şotlandların təklifini geri çevirib


İdman 22 Yan 2018 18:36:00 340 0

Şimali İrlandiyanın məşqçisi şotlandların təklifini geri çevirib

Şotlandiya futbol Federasiyası baş məşqçi axtarışlarını davam etdirməli olacaq. Goal.az xəbər verir ki, milli komandanın sükanı arxasına ən real namizəd Martin O`Nil şotlandların təklifini geri çevirib. 48 yaşlı mütəxəsis hazırda Şimali İrlandiya millisinin baş məşqçisidir.

"Düşünəndən sonra təklifdən imtina etmək qərarına gəldim. Bu, mənim üçün böyük şərəfdir. Amma indi münasib vaxt deyil. Rəsmi surətdə elan etmək istəyirəm ki, Şotlandiya Futbol Federasiyasına iş təklifinə görə minnətdaram. Onlara gələcəkdə uğurlar arzulayıram" - O`Nil qeyd edib.