Eden Hazard atasını yalançı çıxardı


İdman 22 Yan 2018 16:12:00 396 0

Eden Hazard atasını yalançı çıxardı

"Chelsea"nin yarımmüdafiəçisi Eden Hazard atasının ötən ay dediyi sözləri təkzib edib. Futbolçunun atası Tierri Hazard onun London klubu ilə yeni müqavilə imzalamaqda yubanmasını "Real"dan təklif gözləməsi ilə əlaqələndirmişdi. Goal.az xəbər verir ki, Premyer Liqanın son turunda "Brighton"un qapısına 2 qol vuran Eden isə bununla bağlı qısa açıqlama verib.

"Atam yaxşı şeylər demir. Bəli. Onunla danışdım, problem yoxdur. Diqqətimi "Chelsea"yə yönəltmişəm. Müqaviləmin başa çatmasına 2 il qalıb. Londonda xoşbəxtəm. 10 dəfə demişəm ki, ili başa vuraq, sonrasına baxarıq".

Hazardın cari müqaviləsi 2020-ci ilin yayında başa çatır. "Zadəganlar" belçikalı havbekə həftəlik 300 min funt məvaciblə yeni müqavilə təklif etməyə hazırlaşır.