Misir Futbol Federasiyasının prezidenti Salahı "Real"da görmək istəyir


İdman 22 Yan 2018 15:34:00 304 0

Misir Futbol Federasiyasının prezidenti Salahı "Real"da görmək istəyir

Misir Futbol Federasiyasının prezidenti Abo Rida "Real"ın yayda Məhəmməd Salahı transfer etmək planı qurduğunu bildirib. Goal.az xəbər verir ki, Rida "Liverpool"un futbolçusunu Madrid klubunda görmək istəyini gizlətməyib.

"Real" Salaha təklif göndərəcək. Məhəmməd oyununda inkişafa nail olmaq istəyir. Aydın məsələdir ki, futbolçumuz dünyada məşhur olan "Real" kimi klubda oynasa, bundan Misir futbolu qazanar".

Bu mövsüm 25 yaşlı futbolçu "qırmızılar"ın heyətində məhsuldar oyun göstərir. O, 2017-ci ilin yayında "Roma"dan "Liverpool"a 42 milyon avroya transfer olunmuşdu.