Azərbaycan - İran oyunlarının hakimləri açıqlandı


İdman 22 Yan 2018 12:31:00 260 0

Azərbaycan - İran oyunlarının hakimləri açıqlandı

Futzal üzrə Azərbaycan və İran millilərinin oyunlarına təyinatlar açıqlanıb.

Goal.az-ın məlumatına görə, Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən yığmamız asiyalılarla 2 dəfə görüşəcək.

Yanvarın 23-də və 24-də baş tutacaq görüşləri fərqli hakimlər idarə edəcək. İlk matçda Yusif Nurullayev, ikinci görüşdə Elçin Səmədli baş hakim olacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

 

23 yanvar

21:00. Azərbaycan – İran

Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov

 

24 yanvar

21:00. Azərbaycan – İran

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev