İsveçdə peşəkar boks qadağan oluna bilər


İdman 21 Yan 2018 13:12:00 294 0

İsveçdə peşəkar boks qadağan oluna bilər

İsveçin Əməyin Mühafizəsi Agentliyi ölkədə professional boksla məşğul olmağı qadağan edə bilər. Goal.az xəbər verir ki, bu, Ümumdünya Boks Super Seriyasının sabiq iştirakçısı Erik Skoqlundun döyüşlərdən birində kəllə-beyin travması alması ilə əlaqədardır. Travma beyin qanaxması ilə nəticələnib.

İdmançı əməliyyat edilib və bir müddət medikomentoz koma vəziyyətində olub. Bu yaxınlarda Skoqlundu xəstəxanadan buraxıblar və o, indi ev şəraitində bərpa dövrünü keçir.

İsveç agentliyi bu hadisəni öyrənmək niyyətindədir və nəticələrdən asılı olaraq qəti qərar qəbul edəcək. Ölkədə peşəkar boksla məşğuliyyət bundan əvvəl də ciddi nəzarət altında idi.