"Manchester United" Ronaldonun geri qayıtmasında maraqlıdır


İdman 19 Yan 2018 11:53:00 286 0

"Manchester United" Ronaldonun geri qayıtmasında maraqlıdır

Son günlər Ronaldonun "Real"da az məvacib alması və klubun prezidenti Florentino Perezin yeni müqavilə imzalamaq məsələsini uzatmasından narazı olduğu barədə xəbərlər yayılmaqdadır. Media portuqaliyalı ulduzun sabiq klubu "Manchester United"ə qayıtmaq ehtimalını istisna etmir. Goal.az xəbər verir ki, "manikunianlar"ın baş məşqçisi Joze Mourinyo da yenidən 32 yaşlı forvardla işləmək istəyir. Ronaldonun "United"ə qayıtması kluba 400 milyon avroya başa gələ bilər. Bunun 200 milyonu transferə görə, digər yarısı isə onun məvacibinə sərf olunacaq. Futbolçunun "Real"la cari müqaviləsi 2021-ci ilə kimi qüvvədədir. Onun buraxılış qiyməti 1 milyard avro göstərilib.

Ronaldonu PSG və Çinin "Tianjin Quanjan" klubu da heyətində görmək istəyir.