Türkiyə klubu Robinyo ilə danışıqlar aparır


İdman 18 Yan 2018 19:16:00 291 0

Türkiyə klubu Robinyo ilə danışıqlar aparır

"Real Madrid" və Braziliya millisinin sabiq futbolçusu Robinyo karyerasını Türkiyədə davam etdirə bilər. Goal.az xəbər verir ki, təcrübəli hücumçu ilə Superliqada mübarizə aparan "Demir Grup Sivasspor"la danışıqlar aparır. Bu barədə komandanın baş məşqçisi Samet Aybaba mətbuata açıqlamasında danışıb.

"Transferlə əlaqəli hesabatı rəhbərliyə təqdim etdim. Qış fasiləsində yaxşı futbolçu tapmaqda çətinlik ortaya çıxır. İşimiz asan deyil. Robinyo, İngiltərədən Saive, bir neçə yerli futbolçu ilə danışıqlar gedir" - Aybaba deyib.

33 yaşlı Robinyonun son klubu "Atletico Mineiro" olub. 31 dekabrda klubla başa çatan müqavilə yenilənməyib. Onun adı yetişdiyi "Santos"la da hallanır. "Sambaçı"nın karyerasını bitirmək ehtimalı var. İstənilən halda, Robinyo "Golobo Esporte"yə gələcəyi ilə bağlı qərarı yanvarda verəcəyini bildirib.