"Atletico"nun 22 yaşlı azarkeşi bıçaqlanıb


İdman 18 Yan 2018 14:12:00 271 0

"Atletico"nun 22 yaşlı azarkeşi bıçaqlanıb

İspaniya Kubokunun 1/4 finalında keçirilən "Atletico" - "Sevilla" (1:2) matçından öncə azarkeşlər arasında qarşıdurma yaşanıb. Goal.az xəbər verir ki, "Wanda Metropolitano" arenasının yaxınlığındakı insidentdə Madrid klubunun 22 yaşlı azarkeşi 3 bıçaq yarası alıb. Qasıq, əl və kürək nahiyəsindən yaralanan azarkeş ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.