DÇ-2018-in infrastruktur dəyəri açıqlandı


İdman 18 Yan 2018 10:39:00 280 0

DÇ-2018-in infrastruktur dəyəri açıqlandı

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının infrastrukturunun dəyəri açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə DÇ-2018-in Təşkilat Komitəsinin sədri Aleksey Sorokin açıqlama verib. O bildirib ki, bu məbləğ 480 milyard rubl (10 milyard 656 milyon manat) təşkil edir.

Qeyd edək ki, DÇ-2018-in oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində yerləşən 12 stadionda keçiriləcək. (TASS)