"Bordeaux" 3 braziliyalı futbolçunu cəzalandıracaq


İdman 17 Yan 2018 18:50:00 222 0

"Bordeaux" 3 braziliyalı futbolçunu cəzalandıracaq

"Bordeaux" klubunun istedadlı futbolçusu Malkolm və komanda yoldaşları Kafu və Otavio cəzalandırılacaq. Goal.az xəbər verir ki, 3 braziliyalı futbolçu yanvarın 16-da "Cannes"a uduzandan sonra sosial şəbəkədə qızlarla gəzintidən video paylaşmışdı. "Bordeaux" rəhbərliyi bunu qeyri-yetkin hərəkət və kluba qarşı hörmətsizlik hesab edib. .

Yaxın vaxtlarda onlara qarşı tətbiq olunan intizam cəzası məlum olacaq. Malkolm "Manchester United" və "Arsenal"ın maraq dairəsindədir.