Əmrə Can "Liverpool"da qalacaq?


İdman 17 Yan 2018 16:14:00 265 0

Əmrə Can "Liverpool"da qalacaq?

Əmrə Can “Liverpool”la müqaviləsini yeniləyə bilər. Bu haqda türk əsilli futbolçu özü açıqlama verib:

“Menecerim vəziyyətə nəzarət edir. Yaya qədər “Liverpool”dayam. Hazırda çoxları ilə danışıqlar aparırıq. Təbii ki, hazırkı klubumda müqaviləni yeniləməyim mümkündür. Niyə də yox? “Liverpool” möhtəşəm klubdur.  Hazırda gələcəklə bağlı çox düşünmürəm. Bütün fikrimi oyunuma yönəltmişəm. Qalan işlərlə menecerim məşğuldur”. 

Qeyd edək ki, bir müddət əvvəl Əmrə Canın “Juventus”a transfer olunacağı, yeni klubunda ildə 5 milyon qazancağı barədə xəbərlər yayılmışdı. Almaniya yığmasının üzvünün hazırkı klubu ilə sözləşməsi bu ilin yayında bitir.