PSG "Barca"nın ulduzuna göz dikib


İdman 16 Yan 2018 18:22:00 369 0

PSG "Barca"nın ulduzuna göz dikib

PSG daha bir səs-küylü transfer etməyi planlaşdırır.

Paris klubu bu dəfə də “Barcelona”nın heyətinə göz dikib. PSJ rəhbərliyi “Barca”nın yarımmüdafiəçisi Serxio Busketsi almaq istəyir. Parislilər Busketsə görə 200 milyon avro ödəməyə hazırdılar.

PSG Busketsi transfer edə bilməyəcəyi təqdirdə, ehtiyat variant da fikirləşib. Ehtiyat variant kimi isə “Çelsi”nin yarımmüdafiəçisi Nqola Kante nəzərdə tutulub.

Buskets cari mövsümdə keçirdiyi 27 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.