Silessen: "Barcelona"nın əsas qapıçısı olmaq istəyirəm"


İdman 16 Yan 2018 17:36:00 265 0

Silessen: "Barcelona"nın əsas qapıçısı olmaq istəyirəm"

"Barcelona"nın qapıçısı Yasper Silessen 2016-cı ildən şərəfini qoruduğu komandanın əsas heyətində möhkəmlənmək istədiyini bildirib. Goal.az xəbər verir ki, hollandiyalı qolkiper bunları deyib:

"İspan dilini öyrənirəm. Demək olar ki, hər şeyi başa düşürəm. Həftədə iki dəfə ispan dili dərsim var. "Barcelona"da 2 eyni səviyyəli qapıçı var? İnsanların bu barədə danışması mənə xoşdur. Bu, işimin öhdəsindən axşı gəldiyim deməkdir. Futbol komanda idman növüdür. Biz hər yerdə çempion olmaq istəyirik. Fərdi olaraq uğur qazanmaq qeyri-mümkündür.

Çox çalışmağa davam edirəm ki, "Barcelona"nın əsas qapıçısı olmaq arzumu reallaşdırım. Bu mövsüm Mark (ter Şteqen) dünyada ən yaxşı qapıçılardan biridir. O, formada olmasa, mən oynamaq istərdim. Amma indi Ter Şteqenin daha yaxşı olduğunu qəbul edirəm. Mübarizə aparmağa davam edəcəm".

Bu mövsüm 28 yaşlı qapıçı bu mövsüm 5 dəfə meydana çıxıb və 1 qol buraxıb.