"Dinamo"nun futbolçusu "Kayserispor"a keçdi


İdman 15 Yan 2018 16:30:00 256 0

"Dinamo"nun futbolçusu "Kayserispor"a keçdi

Kiyev "Dinamo"sunun hücumçusu Artyom Kravets karyerasını Türkiyə Superliqasında davam etdirəcək. Goal.az xəbər verir ki, ukraynalı forvard "Kayserispor"la anlaşıb. Yanvarın 15-də komandanın düşərgəsinə gələn Kravets tibbi müayinədən keçib. 28 yaşlı hücumçu "Dinamo"da 9 oyuna çıxıb 3 qol vurub. O, Ukrayna kubokunda 1, Avropa Liqasında isə 5 oyuna çıxıb.