Azərbaycanlı futbolçu "Bursaspor"a təklif olunub


İdman 15 Yan 2018 10:35:00 223 0

Azərbaycanlı futbolçu "Bursaspor"a təklif olunub

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin və "Neftçi" klubunun üzvü Elnur Cəfərov menecerlər vasitəsilə Türkiyənin “Bursaspor” klubuna təklif olunub. Goal.az xəbər verir ki, 21 yaşlı hücumçu ilə Super Liqada çıxış edən “Kayserispor”un da maraqlandığı bildirilir.

 “Xəzər Lənkəran”ın yetirməsi olan Elnur Cəfərov ötən ilin iyulunda “Neftçi” ilə 1 illik müqavilə bağlayıb. Hazırda U-21 yığmasının heyətində Türkiyənin Antalya bölgəsində toplanışda olan cinah yarımmüdafiəçisi ötən ilin noybarında sosial şəbəkədə azarkeşi təhqir etdiyi üçün “Neftçi”nin əsas komandasından kənarlaşıdırılıb. Lakin daha sonra o, bağışlanıb.