"Qəbələ"nin rəqibi yoxlama oyunundan imtina edib


İdman 14 Yan 2018 13:10:00 313 0

"Qəbələ"nin rəqibi yoxlama oyunundan imtina edib

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını Türkiyədə davam etdirir. Goal.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib. “Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komanda bu gün ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş baş tutmayacaq. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlığını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.