Karvaxal: "Zidanla ölümə də gedərik"


İdman 14 Yan 2018 11:50:00 223 0

Karvaxal: "Zidanla ölümə də gedərik"

"Real" İspaniya La Liqasının 19-cu turunda "Villarreal"a 0:1 hesabıyla uduzub. Goal.az xəbər verir ki, matçdan sonra komandanın müdafiəçisi Dani Karvaxal fikirlərini bölüşüb.

"Nəticə 90 dəqiq ərzində etdiklərimizin əvəzini vermədi. İkinci hissədə yorğunluq özünü göstərdi, amma daha çox şansımız oldu. Vəziyyət çətindir. Bu komandaya inanmayan burdan gedə bilər.

Qaçırılan imkanları izah etmək çətindir. Oyundan sonra paltardəyşimə otağına məyus gedirsən, lakin bu futboldur. Ümid edirəm, mövsümün sonunda titul qazana biləcəyik. Məşqçi həmişəkindən daha çox bizə yaxındır. Bu gəminin kapitanı Zidandır. Onunla ölümə də gedərik".