Karateçilərimiz 2018-ci ilə uğurla başladı


İdman 13 Yan 2018 18:29:00 278 0

Karateçilərimiz 2018-ci ilə uğurla başladı

Azərbaycan karateçiləri 2018-ci ilə uğurla başlayıblar.

Goal.az xəbər verir ki, yeniyetmələrdən ibarət seçmə komandamız Samobor şəhərində nüfuzlu Xorvatiya "Qran Prisi" turnirinin ilk yarış günündə 2 qızıl 1 bürünc medalla başa vurub. 

Fərid Ağayevlə (-52 kq), Fidan Dadaşova (-47 kq) çempion olub. Tale Yaqubov (-63 kq) isə bürünc medala sahib olub. Perspektivli idmançı Ayla Rzazadə ( +54 kq) bürünc mükafat uğrunda görüşdə minmal hesabla məğlub olaraq 3-ci yeri tutub. 

Şənbə günü 16-20 yaşlı gənclər arasında kumite yarışlarının nəticələri məlum olacaq. Bazar günü müxtəlif yaş qruolarında kata yarışları keçiriləcək. "Qran Pri" turniri fevralın əvvəlində Rusiyada Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.