2 il sonra karyerasını bərpa etdi


İdman 13 Yan 2018 16:16:00 284 0

2 il sonra karyerasını bərpa etdi

ABŞ millisinin sabiq futbolçusu Lendon Donovan 2 illik fasilədən sonra karyerasını bərpa edib.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumu Meksikanın “Leon” klubu ilə anlaşıb. Bu, L.Donovanın futbola ikinci dönüşü olub.

2014-cü ildə karyerasını başa vurduğunu açıqlayan forvard 2016-cı ilin sentyabrından “Los-Angeles Galaxy” ilə qısamüddətli müqavilə bağlayıb və 5 oyunda meydana çıxıb.

Qeyd edək ki, Donovan karyerası ərzində Almaniyanın “Bayer” və “Bayern Munich”, eləcə də İngiltərənin “Everton” klubun formasını geyinib. O, yığmanın heyətində çıxdığı 157 oyunda 57 qol vurub.