Firdovsi Umudov: "Məqsədimiz və hədəfimiz dəyişməzdir"


İdman 13 Yan 2018 11:33:00 40 0

Firdovsi Umudov: "Məqsədimiz və hədəfimiz dəyişməzdir"

Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçi heyəti ilə görüş keçirilib. 

Bu xəbəri də oxu: AFFA rəsmisi UEFA seminarında

Goal.az AGF-nin saytına istinadən xəbər verir ki, Federasiyanın 1-ci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə bu günə qədər görülən işlər, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb.

AGF prezidenti Fazil Məmmədovun salamlarını çatdıraraq çıxışına başlayan Firdovsi Umudov bu günə qədər qazanılan uğurlar və görülən işləri davam etdirmək, nəticələri daha da yaxşılaşdırmaq üçün çalışacaqlarını bildirib:

"Güləşçilərimiz son 10 ildə mütəmadi olaraq qitə və dünya çempionatlarından, Olimpiya Oyunlarından yüksək əyarlı medallarla qayıdıb. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər yaş kateqoriyasında həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşi üzrə yığmalarımız qatıldıqları mötəbər beynəlxalq yarışlarda komanda hesabında ilk üçlükdə qərarlaşıb. Təbii ki, qazanılan bütün bu uğurlar ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana, o cümlədən güləşə göstərdiyi daimi qayğının nəticəsidir. Ölkə başçısının çıxışlarımızı diqqətlə izləməsi, daim bizə dəstək olması isə məsuliyyətimizi daha da artırır, bizə əlavə stimul verir."

2018-ci ilin güləşçilərimiz üçün əhəmiyyətinə toxunan Firdovsi Umudov əsas hədəfin yeniyetmələrin Yay Olimpiya Oyunlarında maksimum sayda güləşçi ilə iştirakı və yüksək əyarlı medallar olduğunu bildirib:

"Qarşıda bizi bütün yaş kateqoriyalarında Avropa və Dünya çempionatları, yeniyetmə güləşçilərin Yay Olimpiya Oyunları gözləyir. Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında da ən azı Sinqapur və Nanjinq Olimpiadalarındakı uğuru təkrarlamalıyıq. İllik təqvim planımız bəllidir, güləşçilərimiz məşqləri plana uyğun olaraq davam etdirir. 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarına qədər hazırlıqlarımız ən yüksək səviyyədə davam edəcək. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq və federasiya rəhbərliyi tərəfindən yaradılan yüksək şərait qarşılığında idmançılarımız xalqımızı yeni-yeni qələbələrlə sevindirəcək."

Uğura gedən yolun çalışmaq, əzmkarlıq və nizam-intizamdan keçdiyini bildirən Firdovsi Umudov bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcəyini deyib:

"Etimad göstərilib və bu vəzifə mənə həvalə edilib. Sizinlə birlikdə çalışacağıq ki, göstərilən etimadı doğruldaq. Bu günə qədər məşqçi kimi fəaliyyətimdə daim diqqətdə saxladığım prinsiplər olub. Bunlar çalışmaq, əzmkarlıq və nizam-intizama riayət etməkdir. Birinci vitse-prezident kimi də bu prinsipləri əldə rəhbər tutaraq fəaliyyət göstərəcəyəm. Bütün məşqçilərdən və yığma komandaların üzvlərindən də nizam-intizama ciddi riayət etmək tələb olunur. Bizim məqsədimiz və hədəfimiz dəyişməzdir. Azərbaycan güləşini daha da inkişaf etdirmək, dünya miqyasında mövqeyimizi qoruyub saxlamaq və daha da gücləndirmək üçün var-gücümüzlə çalışmalıyıq. Bizim əsas hədəfimiz yeni-yeni qələbələr, nailiyyətlər qazanmaq, bayrağımızı qaldırıb, himnimizi səsləndirməkdir."

Görüşün sonunda yığma komandaların məşqçilərinin gələcək planları müəyyənləşdirilib, müvafiq göstərişlər verilib.

Əsgərlər yenə Xumar Qədimovadan oxudular  VİDEO like
  • 13 Yan 11:31  
Şou-biznes Əsgərlər yenə Xumar Qədimovadan oxudular VİDEO

Əməkdar artist Xumar Qədimovadan xəbər var. 

arrow Ətraflı
Ərinin həyətdə həbs etdiyi qadın soyuqdan öldü  FOTO like
  • 13 Yan 11:22  
Digərləri Ərinin həyətdə həbs etdiyi qadın soyuqdan öldü FOTO

Nepalda 21 yaşlı qadın yaşadığı evin həyətində soyuqdan donaraq ölüb

arrow Ətraflı
Kaliforniyada Azərbaycanın xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib (FOTO) like
  • 13 Yan 11:21  
Digərləri Kaliforniyada Azərbaycanın xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib (FOTO)

Azərbaycanın xalq artisti mərhum Çingiz Sadıxovla vida mərasimi keçirilib

arrow Ətraflı
"Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi təxirə salınıb like
  • 13 Yan 11:21  
İqtisadiyyat "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi təxirə salınıb

Mərkəzin istifadəyə verilməsinin təxirə salınması texniki məsələlər

arrow Ətraflı
Instagramın azərbaycanlı gözəlləri  FOTO like
  • 13 Yan 11:17  
Şou-biznes Instagramın azərbaycanlı gözəlləri FOTO

İnstagram-dakı yerli səhifələrdən biri Azərbaycanın gözəl, seçilən v

arrow Ətraflı
Azərbaycan - Gürcüstan matçı ləğv olundu like
  • 13 Yan 11:14  
İdman Azərbaycan - Gürcüstan matçı ləğv olundu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ke&cce

arrow Ətraflı
Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib like
  • 13 Yan 11:13  
Siyasət Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib

Yanvarın 12-də Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov etim

arrow Ətraflı
DİN: Bakıda qadın evində qohumu tərəfindən qətlə yetirilib like
  • 13 Yan 11:12  
Digərləri DİN: Bakıda qadın evində qohumu tərəfindən qətlə yetirilib

Daxili İşlər Nazirliyi Bakıda törədilən qətl hadisəsilə bağlı məlum

arrow Ətraflı
Yaponiyada 92 min toyuq "quş qripi"nin qurbanı oldu like
  • 13 Yan 11:08  
Dünya Yaponiyada 92 min toyuq "quş qripi"nin qurbanı oldu

Yaponiyada yenə "quş qripi" virusu aşkar edilib.

arrow Ətraflı
Bakıda evdə meyiti tapılan yaşlı qadının qohumu tərəfindən qətlə yetirildiyi məlum olub like
  • 13 Yan 11:07  
Sosial Bakıda evdə meyiti tapılan yaşlı qadının qohumu tərəfindən qətlə yetirildiyi məlum olub

Əvvəllər məhkum olunmuş Cavad İbrahimov saxlanılaraq istintaqa cəlb olun

arrow Ətraflı
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı ərazidəki yolun təmiri başa çatdı like
  • 13 Yan 11:06  
Digərləri Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı ərazidəki yolun təmiri başa çatdı

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər

arrow Ətraflı
Qızıl 12 dollardan artıq bahalaşdı like
  • 13 Yan 10:59  
Dünya Qızıl 12 dollardan artıq bahalaşdı

Amerika fond bazarında "Dow Jones" indeksi 0,89% - 25 803,19 bəndəd

arrow Ətraflı
Tanış olun: dünyanın ən idmançı, ən gənc nənəsi  FOTO like
  • 13 Yan 10:55  
Digərləri Tanış olun: dünyanın ən idmançı, ən gənc nənəsi FOTO

Mənə "dünyanın ən gənc, ən idmançı nənəsi" deyirlər. Söz

arrow Ətraflı