Fransa Kubokunda "goal-line" texnologiyasından imtina olundu


İdman 12 Yan 2018 11:46:00 248 0

Fransa Kubokunda "goal-line" texnologiyasından imtina olundu

Topun qapı xəttini keçməsini müəyyənləşdirmək üçün tətbiq edilən sistemdən Fransa Kubokunda artıq istifadə olunmayacaq. Goal.az xəbər verir ki, bunun səbəbi sistemdə müşahidə olunan texniki nasazlıqdır. "Goal-line" texnologiyası ölkə kubokunda baş tutan "Amiens" - PSG (0:2) və "Angers" - "Montpellier" (0:1) oyunlarında hakimə səhv məlumat verib. Fransa Futbol Federasiyası bu iki səhvə görə sistemin istehsalçısı ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.