Asamoah: "Avtomobili dəli kimi idarə edirlər"


İdman 11 Yan 2018 18:35:00 292 0

Asamoah: "Avtomobili dəli kimi idarə edirlər"

"Kayserispor"un şərəfini qoruyan Asamoah Qyan "BeIN Sports"a Türkiyədəki həyatı ilə bağlı müsahibə verib. Goal.az xəbər verir ki, Qana millisinin üzvü bunları deyib:

"Gündəlik həyatım yeknəsəqdir. Məşqə gedib evə gəlirəm. Film izləməyi çox sevirəm. Bəzən bazarlıq etməyə gedirəm. Türkiyədəki geyimlər çox keyfiyyətlidir. Həyatdan çox şey istəyən adam deyiləm. Kayseri ilə bağlı tək şikayətim sürücülərdir. Avtomobili dəli kimi idarə edirlər. Bəzən o qədər çətinlik çəkirəm ki, qəza törətməmək üçün bütün diqqətimi cəmləşdirirəm".