"Nice" ultraslarının qərarı narazılığa səbəb oiub


İdman 11 Yan 2018 16:09:00 318 0

"Nice" ultraslarının qərarı narazılığa səbəb oiub

Fransada "Nice" klubunun ultras azarkeş qrupu Avroliqanın 1/16 mərhələsində "Lokomotiv"lə cavab oyununda (22 fevral) qadınların iştirakına qarşı bəyanatla çıxış etmişdi. Goal.az xəbər verir ki, dekabrın sonunda verilən bu bəyanata bir sıra qurumlardan etiraz olunmağa başlanıb.

"Ciddi səbəb yoxdursa, cinsi ayrı-seçkilik etmək olmaz. Bu xəbəri təəccüblə oxudum. Onlar niyə Moskvada qadınların kişilərdən daha çox təhlükəyə məruz qalacağını düşünür? Moskva cinayətkarlıq dərəcəsinə görə fərqlənmir. Ola bilsin, bilmədiyimiz başqa səbəblər var" - Araqlı dənizi Futbol Liqasının prezidenti Erik Borqini deyib.

"Bizim fikrimiz qəribə görsənə bilər. Amma bəyanat təhlükəsizliyi təmin etməyə yönəlib. Futbol dünyasına bələdik. İnsanların özünü təhlükəyə atmasını istəmirik. Aqressiyadan ehtiyat edirik və bunun nəticlərinə görə məsuliyyət daşımaq istəmirik" - ultrasın nümayəndəsi Qiyom Bakyeri deyib.