"Sumqayıt"ın qış hazırlıq planı müəyyənləşib


İdman 10 Yan 2018 16:09:00 258 0

"Sumqayıt"ın qış hazırlıq planı müəyyənləşib

"Sumqayıt" klubunun qış hazırlıq planına tam aydınlıq gəlib. Goal.az xəbər verir ki, yanvarın 5-dən hazırlığa başlayan "gənclik şəhəri" təmsilçisi yanvarın 19-dək Sumqayıtda çalışacaq. Baş məşqçi Samir Abasovun planına əsasən, bu müddət ərzində komanda 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 15-də rəqib "Qaradağ Lökbatan", yanvarın 18-də isə "Səbail" olacaq. Görüşlər "Kapital Bank Arena"da olacaq.

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda "The Sense De Luxe" hotelində məskunlaşacaq. "Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Abasovun komandası yanvarın 25-də Polşanın "Poqon", yanvarın 28-də Makedoniyanın "Akademiya Pandev", yanvarın 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.