“Azərreyl” “qızıl set”də uduzdu


İdman 10 Yan 2018 10:27:00 263 0

“Azərreyl” “qızıl set”də uduzdu

Qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib.

Goal.az xəbər verir ki, ilk oyun günündə təmsilçimiz  “Azərreyl” “Ştiinta” (Rumıniya) ilə üz-üzə gəlib. Səfərdə 1:3 hesablı məğlubiyyət alan "dəmiryolçular" 3:0 qələbə qazanaraq görüşü "qızıl set"ə aparıblar.

İkinci hissədə isə geri düşən rəqib sonradan toparlansa da, bu, qalibiyyət üçün yetərli olmayıb. Vəziyyətin belə olduğunu görən rəqibin baş məşqçisi Florin Qrapa ehtiyat heyətlə oynayaraq, üçüncü seti "Azərreyl"ə "bağışlayıb" və komandasını "qızıl set" üçün qoruyub.

Sonuncu, həlledici hissə də kifayət qədər gərgin olub. "Azərreyl" hesabda öndə olsa da, rəqib sonda toparlanıb və 15:13 hesabı ilə qələbə qazanaraq 1/8 finala adlayan tərəf olub.