Rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün cəzalandı


İdman 09 Yan 2018 15:16:00 278 0

Rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün cəzalandı

Yaponiyalı kanoeçi Yasuxiro Sudzuki yığmaya düşmək uğrunda mübarizə apardığı rəqibinin içkisinə istifadəsi qadağan olunmuş maddə tökdüyü üçün 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, bununla bağlı qərarı Yaponiya Anti-Dopinq Agentliyi qəbul edib.

Yaponiya Kanoe Federasiyasının məlumatına görə, İsikava şəhərində keçirilmiş ölkə çempionatında 32 yaşlı Sudzuki özündən 7 yaş kiçik rəqibi Seydzi Komatsunun içkisinə qadağan olunmuş maddələr siyahısına daxil olan anabolik steroid - metandienon səpib. Bundan sonra Komatsu çempionatdan kənarlaşdırılsa da, qərara etiraz edib. Bu səbəbdən, Yaponiya Anti-Dopinq Agentliyi təhqiqat aparıb və onun günahsız olduğu üzə çıxıb.

Hər iki idmançı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün yığmaya namizəddirlər.

Qeyd olunur ki, Yasuxiro Sudzuki daha öncə də qeyri-idman davranışı ilə fərqlənib. O, yarış və məşqlər zamanı rəqiblərinin inventarlarını oğurlayıb. (report)