Terri: "Gələcəkdə məşqçi olmaq istəyirəm"


İdman 09 Yan 2018 14:09:00 233 0

Terri: "Gələcəkdə məşqçi olmaq istəyirəm"

"Aston Villa"nın müdafiəçisi Con Terri gələcəkdə məşqçi olmaq istədiyini bildirib. Goal.az xəbər verir ki, Terri bu həvəsi Joze Mourinyodan aldığını bildirib.

"Mourinyo ilk dəfə "Chelsea"nin sükanı arxasına keçəndə kifayət qədər gənc idim, 23 yaşım vardı. Amma bir neçə məşqdən sonra maraqlı məqamları qeyd dəftərimə yazmağa başladım. Jozenin komanda toplanışında, oyundan öncə və mətbuat konfranslarında dedikləri mənə maraqlı gəlirdi. Bəzən məşqlərdən sonra etdiyimiz hər şey qeyd edirdim. Mourinyonun komandaya gəlməsindən sonra anladım ki, gələcəkdə məşqçi olmaq istəyirəm".