İlk dəfə stadionda futbol izləyəcəklər


İdman 09 Yan 2018 10:41:00 244 0

İlk dəfə stadionda futbol izləyəcəklər

Bu həftədən etibarən Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarını canlı izləyə biləcəklər.

Goal.az xəbər verir ki, xanımların Premyer Liqanın XVII turu çərçivəsində 12 – 13 yanvarda baş tutacaq "Əl-Əhli" - "Əl-Batin" və "Əl-Hilal" - "Əl-İttihad", eləcə də ayın 18-də XVIII tur çərçivəsində keçiriləcək "Əl-İttifaq" - "Əl-Fayzali Harma" oyunlarına baxmalarına icazə veriləcək. Bu oyunların keçiriləcəyi stadionlarda qadınlar üçün xüsusi sektorlar ayrılacaq. Onların oyunlara buraxılması elektron sistem vasitəsilə həyata keçiriləcək. Habelə, zərif cinsin nümayəndələri üçün xüsusi bilet proqramı hazırlanıb. 

Qeyd edək ki, qadınların futbol matçlarına getmələrinə qoyulan qadağa ötən il oktyabrın 29-da qaldırılıb. Yeni qərar yanvarın 12-dən qüvvəyə minəcək.