Alman futbolçunun avtomobili atəşə tutuldu


İdman 09 Yan 2018 10:17:00 264 0

Alman futbolçunun avtomobili atəşə tutuldu

"Bayer Leverkusen" klubunun sabiq yarımmüdafiəçisi, hazırda isə Türkiyənin "Amedspor" kollektivinin şərəfini qoruyan Deniz Nakinin avtomobili Almaniyaya gedən zaman atəşə tutulub.

Goal.az BBC-yə istinadən xəbər verir ki, kürd əsilli futbolçunun avtomobilinə Düren şəhəri yaxınlığında yandan ötüb keçən maşından azı iki dəfə atəş açılıb.

Hadisə zamanı futbolçu xəsarət almayıb. Yerli polis adam öldürməyə qəsd maddəsi üzrə araşdırmalara başlayıb.